Amerikan həkimlər Trampın psixoloji sağlamlığına şübhə edirlər
https://azeri.sahartv.ir/news/dünya-i353579-amerikan_həkimlər_trampın_psixoloji_sağlamlığına_şübhə_edirlər
Amerikada 350 mütəxəssis psixiyatr ABŞ konqresinə müraciət edərək bu ölkə prezidentinin psixi durumu barədə xəbərdarlıq edib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Dek 08, 2019 16:32 Asia/Baku
  • Amerikan həkimlər Trampın psixoloji sağlamlığına şübhə edirlər
    Amerikan həkimlər Trampın psixoloji sağlamlığına şübhə edirlər

Amerikada 350 mütəxəssis psixiyatr ABŞ konqresinə müraciət edərək bu ölkə prezidentinin psixi durumu barədə xəbərdarlıq edib.

Biznes İnsayder nəşrinin internet portalı yazıb: 350 psixiyatırdan ibarət bir qrup qol çəkdikləri məktub vasitəsi ilə Konqresə bildiriblər ki, ABŞ prezidenti Donald Trampın psixi sağlamlığı, ona qarşı impiçment üzrə araşdırmalar gedərkən daha da gərginləşməkdədir. 

Həmin mütəxəssis həkimlər bildiriblər ki, Trampı daha da təhlükəli edən onun dəyərli olmaq hisslərinin sarsılmasıdır. Onun üçün hərhansı tənqid təhqir anlamına gəlir, Tramp bu puçluq hissinə qalib gəlmək üçün özünübəyənməklikdən mənşə alan qəzəb nümayiş etdirir. 

Bu həkimlərə görə, Donald Tramp öz səhvlərinin məsuliyyətini öz üzərinə götürməyə qadir deyil və məhz buna görə də, başqalarını günahlandırır və onun təhqir olunmasına səbəb olan hərhansı mənbəyə hücum edir.