Dek 18, 2019 19:25 Asia/Baku
  • Pakistan ordusu Pərviz Müşərrəfin edam hökmünə qarşı çıxdı
    Pakistan ordusu Pərviz Müşərrəfin edam hökmünə qarşı çıxdı

Pakistan ordusu bu ölkənin sabiq prezidentinə xəyanətə görə edam hökmünün verilməsini ədalətsizlik adlandırıb və ondan nigaranlıq ifadə edib.

İRNA-nın məlumatına görə, Pakistan kütləvi informasiya vasitələri xəbər veriblər; Pakistan silahlı qüvvələrinin sözçüsü general-mayor Asif Qafur çərşənbə axşamı günü Pərviz Müşərrəf haqqında xəyanətə görə edam hökmünün çıxarılmasından sonra bu ölkənin hərbi komandirləri ilə təcili iclas keçirib və Müşərrəfə qarşı irəli sürülən ittihamın araşdırılması prosesində şəffaflığa riayət olunmadığını və ona özünü müdafiə etmək üçün imkanın yaradılmadığını söyləyib.

A.Qafur əlavə edib: Müşərrəf 40 il ölkəyə xidmət edib və heç vaxt xəyanət edə bilməzdi. Buna görə də ordu onun işinin konstitusiyaya uyğun olaraq şaffaf surətdə araşdırılmasını istəyir.

Pakistan hökumətinin nümayəndələri də bu ölkənin keçmiş prezidentinə verilən edam hökmünü ədalətsiz adlandırıb və məhkəmənin müdafiəni dinləmədən və birtərəfli şəkildə qərar verdiyini deyib. 

Bunun əksinə olaraq, Pakistan Xalq Partiyası və Müsəlman Birliyi-Nəvaz Partiyası Pərviz Müşərrəfə qarşı edam hökmünü dəstəkləyiblər.

Pakistanın xüsusi məhkəməsi dekabrın 17-də P. Müşərrəfi "böyük xəyanət" adlandırılan cinayət işində konstitusiya müddəalarını dayandırmaqda təqsirləndirərək ona qarşı ölüm hökmü çıxarıb.

Pərviz Müşərrəf 1999-cu il oktyabrın 12-də Pakistanın o vaxtkı baş naziri Nəvaz Şərifi hərbi çevrilişlə devirərək hakimiyyətə gəldi və 2008-ci ildə istefa verdi.

Teqlər