Dek 24, 2019 19:41 Asia/Baku
  • Putin silahlara nəzarət razılaşmalarının zəifləməsindən nigaran qaldığını deyib
    Putin silahlara nəzarət razılaşmalarının zəifləməsindən nigaran qaldığını deyib

Rusiya prezidenti Amerikanın dünya üzrə silahların nəzarətə alınması sistemlərini zəiflətmək cəhdlərindən nigaran qaldığını bildirib.

İnterfoks xəbər agentliyinin verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin bu gün etdiyi çıxışında həmçinin deyib: Rusiya Amerikanın dünya üzrə raketlərinin yerləşməsini monitorinq etməlidir. 

Putin Amerikanın orta mənzilli nüvə qüvvələri müqaviləsindən ( INF) çıxmasına toxunaraq deyib: 2019-da Amerika ( INF) - ni məhv etdi və məhz buna görə də bu kimi raketlərin dünyanın hər bir yerində ehtimalı yerləşdirilməsini nəzarətdə saxlamalıyıq. 

Putin eyni zamanda silah və raketlərə nəzarət üçün yeni razılaşmalara hazır olduğunu bildirib. 

Rusiya prezidentinin bu mövqeləri elə bir şəraitdə səsləndirilir ki, ABŞ prezidenti bir neçə ay öncə bir tərəfli qaydada orta mənzilli nüvə qüvvələri müqaviləsini tərk etdi və bu müqaviləni məhv etmiş oldu. 

Teqlər