Trampın müxbirlərlə dalaşma serialı davam edir
ABŞ prezidenti iki qadın müxbirlə höcətləşdiyinə görə, Ağ Ev-in mətbuat konfransını yarımçıq qoyub.
SaharAzeri xəbər verir: Amerika prezidenti Donald Tramp bazar ertəsi günü Ağ Ev-in «Roz Qarden» kompleksində keçirilən mətbuat konfransında öz hökumətinin koronavirusla bağlı diaqnoz testlərinin artırılması üzrə fəaliyyətini şərh etdikdən sonra 40 dəqiqəyə yaxın müxbirlərin suallarını cavablandırıb. Lakin CBS və CNN telekanallarının iki qadın müxbiri ilə höcətləşdikdən sonra qəflətən mətbuat konfransını tərk edibdir.
Tramp CBS telekanalının müxbiri Vicia Tszyanın Amerikada və digər ölkələrdə koroanvirus testlərinin keçirilməsi bacarığı və bu virusdan irəli gələn ölüm hallarının miqdarının müqayisəsi barədə olan sualının cavabında deyib: Bu sualı məndən soruşmamalısınız; bu sualı Çindən soruşmalısınız.
ABŞ prezidenti sonra deyib: Mən bu cavabı xas olaraq sizə demirəm; bu, nifrətdoğurucu suallar verəcək hər bir kəsin cavabı olacaqdır.
Həmin mətbuat konfransının davamında və CNN müxbirinin Trampdan sual soruşmağa israr etdiyi bir halda, o, qəflətən mətbuat konfransını tərk edərək, öz ofisinə yollanıb.
Tramp bundan öncə də NBC telekanalının müxbirini qorxunc, «ABC Nyus» kanalının müxbirini üçüncü dərəcəli, CBS-in müxbirini isə xəcalət amili adlandırmışdı.
TRAMPIN MÜXBİRLƏRLƏ DAVALARI DAVAM EDİR