May 28, 2020 08:25 Asia/Baku
  • Çinin müdafiə naziri ABŞ-a xəbərdarlıq edib

Çinin müdafiə naziri deyib ki, bu ölkənin Amerika ilə rəqabəti həssas və təhlükəli bir dövrə daxil olub və Çin öz müqavimət əhval-ruhiyyəsini gücləndirməlidir.

SəhərAzəri xəbər verir, “Vi Funqxe” dünən Pekində Çin milli qurultayının kənarında nadir bir hərəkətdə birbaşa şəkildə Amerikanın adını çəkib və belə vurğulayıb: Mübarizə və müqavimət əhval-ruhiyyəsini gücləndirməli və mübarizədən sabitliyin möhkəmləndirilməsi üçün istifadə etməliyik.

Çinin müdafiə naziri sonra deyib: Amerika koronavirus pandemiyasına görə, Çini təzyiq altında qoyaraq, ona qarşı geniş məhdudiyyətlər tətbiq edibdir. Buna görə, Çin öz mübarizə əhval-ruhiyyəsini gücləndirməlidir.

Çin müdafiə nazirinin sözləri bu ölkənin prezidenti Si Tsinpinin çıxışından sonra yayılıbdır. Çin prezidenti bu ölkə ordusundan istəmişdi ki, müharibəyə hazır olsun.

Amerika daima Tayvan adasının və Honq-Konq bölgəsinin daxili işlərinə qarışır ki, bu da Çinin etirazı ilə üzləşibdir.

 

 

Teqlər