Hörmüz boğazı Amerikada uçuşları ləğv etdi
Sen 27, 2026 18:04 Asia/Baku
Təyyarə yanacağı qiymətlərinin kəskin artması ABŞ aviaşirkətlərinə təzyiq göstərir. “United Airlines” şirkəti dekabr ayı üçün planlaşdırılmış bəzi uçuşları ləğv edəcəyini açıqlayıb.
“United Airlines” şirkətinin maliyyə direktoru xəbərdarlıq edib ki, yanacağın qiyməti yüksək səviyyədə qalarsa, şirkət 2027-ci ilin birinci rübündə və sonrakı dövrdə uçuş həcmini azalda bilər.Yanacaq xərclərinin artması, həmçinin “American Airlines” və “Southwest” kimi şirkətləri də uçuş proqramlarını yenidən nəzərdən keçirməyə məcbur edib.Hörmüz boğazında baş verən hadisələr fonunda təyyarə yanacağının qiymətinin artması ABŞ aviasiya sənayesinə birbaşa təsir göstərib.