İyun 03, 2020 07:20 Asia/Baku
  • ABŞ konqresinin nümayəndələr palatasının rasizmə qarşı addımı

ABŞ konqresinin nümayəndələr palatasının sədri amerikalı qaradərilinin faciəli surətdə qətlə yetirilməsi və bu ölkə xalqının geniş aksiyalarının davam etməsinin ardınca bildirib ki, tezliklə bu palatada rasiszmə qarşı qanun tətbiq ediləcək.

SaharAzeri xəbər verir, Nensi Pelosi çərşənbə axşamı günü gecə tvitterdə demokratların hazırladıqları anti-rasizm layihəsinə toxunaraq yazıb ki, nümayəndələr palatası tezliklə bu barədə qərarlar qəbul edəcəkdir.

ABŞ senatında demokrat azlığın lideri Çak Şumer də senatdan istəyibdir ki, Amerikanın milli günü olan 4 iyuldan öncəyədək rasizmi qadağan edən bir layihə qəbul etsin.

Şumer həmçinin Trampın Ağ Ev qarşısında etirazçıların yatırılması barədəki hərəkətini pisləyən qətnamənin təqdim olunmasını istəyib. Lakin senatda respublikaçılar əksəriyyətinin rəhbəri Miç Mak Kunel bu tələbə qarşı çıxıbdır.

ABŞ-ın təhlükəsizlik qüvvləri bazar ertəsi günü gözyaşardıcı qazla etirazçılara hücum etdilər ki, Ağ Ev ətrafındakı küçələri təmizləyərək, Tramp oradan keçərək, qədim "Sent Con" kilsəsinə gedə bilsin.

Amerikanın müxtəlif şəhərləri, xüsusən Mİnnesota ştatında yerləşən Minneapolis şəhəri bu günlər bu ölkə polisinin rasist rəftarına qarşı etirazlar səhnəsinə çevrilibdir.

Amerikada ağdərili bir polis Minneapolis şəhərində Corc Floyd adlı qaradərili ABŞ vətəndaşını faciəli surətdə qətlə yetirdi.

Bu cinayət Amerika xalqının hiddətinə səbəb olubdur.

NÜMAYƏNDƏLƏR PALATASI RASİZMİ QADAĞAN ETMƏK İSTƏYİR

Teqlər