İyun 03, 2020 13:44 Asia/Baku
  • ABŞ-da 9 mindən çox etirazçı saxlanılıb

ABŞ-da etirazların başladığı gündən bəri hüquq-mühafizə orqanları azı 9,3 min etirazçını saxlayıb.

SaharAzeri - Report TASS-a istinadən xəbər verir ki, bu barədə “Associated Press”in hesablamalarında göstərilib.

Ən çox etirazçı Los Ancelesdə saxlanılıb - təxminən, 2,7 min nəfər. Nyu-Yorkda isə, təqribən, 1,5 min adam tutulub. Dallas və Hyustonda (hər iki şəhər Texas ştatında yerləşir), eləcə də Filadelfiyada (Pensilvaniya ştatı) bir neçə yüz etirazçı saxlanılıb.

İğtişaşlara qarşı mübarizədə yerli hüquq-mühafizə orqanlarına tez-tez ABŞ Milli Qvardiyası yardım edir. Hazırda 28 ştatda və Kolumbiya federal dairəsində 20,4 min hərbçi asayişin qorunmasına cəlb olunur. Vaşinqton və Nyu-York daxil olmaqla, 40-a yaxın şəhərdə komendant saatı tətbiq edilib.

Teqlər