Papa ABŞ-dakı rasizmi pisləyib
https://azeri.sahartv.ir/news/dünya-i362669-papa_abŞ_dakı_rasizmi_pisləyib
Katolik kilsəsinin rəhbəri ABŞ polisi tərəfindən bir qaradərilinin rasistcəsinə qətlə yetirilməsini pisləyib, bu ölkədəki sosial çaxnaşma barədə nigarançılıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 03, 2020 14:08 Asia/Baku
  • Papa ABŞ-dakı rasizmi pisləyib

Katolik kilsəsinin rəhbəri ABŞ polisi tərəfindən bir qaradərilinin rasistcəsinə qətlə yetirilməsini pisləyib, bu ölkədəki sosial çaxnaşma barədə nigarançılıq edib.

SəhərAzəri xəbər verir, Dünya katoliklərinin rəhbəri Papa Fransis Amerikanı bürümüş etirazlara reaksiya verib. Yaranmış vəziyyətdən narahatlıq ifadə edən papa, irqçilik günahı ilə mübarizənin edilməsi və zorakılıqdan çəkinməni istəyibdir.

Papa Fransis Amerika xalqına ünvanlandığı müraciətdə deyib: Mən böyük narahatlıqla sizin ölkədəki sosial çaxnaşmanın şahidiyəm. Qarşılıqlı olaraq, Corc Floydun kədərli ölümünə görə də narahatam.

Dünya katoliklərinin lideri sonra söyləyib: Biz heç bir formada rasizmə və məhrumluğa dözə bilmərik. Amma son gecələrdə Amerikada cərəyan edən zorakılıqların özü təxribat xarakterlidir. Heç bir şey zorakılıq yolundan əldə olunmayacaq və çox sayda şeylər itiriləcəkdir.