İyun 09, 2020 15:16 Asia/Baku
  • İngiltərə ABŞ-ın bütün Dron müharibəsi cinayətlərinə şərikdir

Britaniyanın pilotsuz təyyarələri proqramı ilə bağlı tapıntılarına əsaslanan bir qeyri-hökumət təşkilatı o ölkəni ABŞ-ın müharibə cinayətlərində tərəfdaş adlandırıb.

SaharAzeri xəbər verir, Sputnik xəbər agentliyinə istinadən xəbər verir ki, “İngiltərənin Dron Müharibələri" qeyri-hökumət təşkilatı, Londonu ABŞ ilə müharibə cinayətlərində iştirakda günahlandırıb.

Bunu həmin Britaniya İnstitutunun direktoru Kris Kol deyərək əlavə edib ki; İngiltərə hökuməti London-Vaşinqton dron proqramının paylaşımını nəzərə alaraq, İngiltərə ABŞ-ın törətdiyi müharibə cinayətlərinə şərikdir. Söze gedən tədqiqat institutu İngiltərə və ABŞ-ın pilotsuz döyüşlərdə birgə işləmələri ilə bağlı 18 aylıq bir araşdırma aparıb. Tədqiqat, İngiltərə Müdafiə Nazirliyinin sənədlərinə istinadən gizli missiyalarda dronların istifadəsini təsdiqləyib.

Sputnik bu barədə instituta istinadən bu cür tapşırıqların xarakteri, yeri və dərəcəsi, və hətta itki sayınin bəlli olmadığını bildirir. “Drone Wars UK” müəssisəsi son hesabatında açıqlayıb ki; ABŞ və İngiltərənin dron müharibəsi proqramları, infrastruktur, istehsal, məlumat və koordinasiya baxımından ortaqdır.

 

Teqlər