İyul 25, 2020 07:20 Asia/Baku
  • ABŞ-ın hərbi bazasında atışmada 1 nəfər ölüb

ABŞ-ın Florida ştatında yerləşən Hərbi Hava Qüvvələrinə məxsus “Hurlbert Field” hərbi bazasında silahlı insident baş verib.

SəhərAzəri xarici mediaya istinadla xəbər verir, hadisə nəticəsində bir nəfər ölüb.
Məlumata görə məsələ ilə bağlı ABŞ Hərbi Hava Qüvvələrinin İlk Xüsusi Əməliyyat Qanadının Komandanı polkovnik Jocelyn Şermerhorn “facebook” səhifəsində ölən şəxsin ailəsinə başsağlığı verib.
Aviabaza rəisi atışmada iştirak edənlərin şəxsiyyətlərinin hazırda açıqlanmadığını bildirib. 
Zərərçəkən digər hərbçilər yaxınlıqdakı xəstəxanaya götürülüb. 
Hadisə ilə əlaqədar araşdırmalar aparıldığı bildirilir. 

Teqlər