Avq 03, 2020 13:58 Asia/Baku
  • Trampın

ABŞ konqresinin nümayəndələr palatasının sədri bu ölkənin prezidenti Donald Trampı koronavirus haqda yayındırıcı xəbərlər yaymaqda ittiham edib.

SəhərAzəri xəbər verir, Nensi Pelosi bazar günü «ABC Nyus» telekanalı ilə müsahibədə deyib ki, Tramp koronavirus haqda yanlış və yayındırıcı xəbərlər yaymaqdadır.

Tramp koronavirus pandemiyasının başlandığı zamandan bəri bu virus haqda təzadlı və bəzən də olduqca qəribə sözlər söyləyibdir.

Amerika prezidenti bir mərhələdə xalqı dezinfeksiyaedici maddələr içməyə çağırdı. Sonra yoluxmuş şəxslərin bədənlərinə işığın aşılanması təklifini verdi. Ondan sonra isə malyariya xəstəliyi dərmanının istehlak edilməsinin koronavirusu müalicə etdiyini bildirdi.

Amerika hazırda həm koronavirusa yoluxma, həm də bu virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir.

Son rəsmi statistikalara görə, indiyədək Amerikada dörd milyon 783 min nəfərdən çox insan koronavirusa yoluxubdur ki, bu miqdardan 158 min 94 nəfər həyatını itiribdir.

Amerika hökuməti, şəxsən bu ölkənin prezidenti Donald Tramp Amerikada koronavirusun yayılması qarşısındakı məsuliyyətsizliklərinə görə, kəskin tənqid atəşinə tutulublar.

Teqlər