Avq 07, 2020 09:01 Asia/Baku
  • Rusiya atom qarşıdurmasından çəkinmə vacibliyini vurğulayıb

Rusiya xarici işlər naziri Qərb və ABŞ-ın silahlara nəzarət sahəsindəki siyasətlərini tənqid edib və deyib: Nüvə müharibəsinin baş verməsi imkanının aradan qaldırılmasına çalışmalıyıq.

SəhərAzəri xəbər verir, Sergey Lavrov dünən Xirosimaya qarşı atom bombardmanının 75-ci ildönümü günü münasibətilə Yaponiyada keçirilən mərasimin iştirakçılarına müraciətində deyib: Amerika avqustun altısında Xirosimaya qarşı atom hücumu həyata keçirdi və üç gündən sonra Naqasakiyə atom bombası ilə hücum etdi ki, bu gün dünya xalqları kədərlə həmin iki faciənin günahsız qurbanlarını yad etdilər.

Rusiya xarici işlər naziri vurğulayıb: Hətta ikinci dünya müharibəsinin mənşəyindən tam şəkildə agah olmaqla bu bəşəriyyətə qarşı əməli törətmiş şəxslərin dəlillərini çox çətinliklə tam şəkildə dərk etmək olar.

Teqlər