Saudiyyə Ərəbistanında hakimiyyət dəyişikliyi gözlənilir
https://azeri.sahartv.ir/news/dünya-i365767-saudiyyə_Ərəbistanında_hakimiyyət_dəyişikliyi_gözlənilir
Səudiyyə Ərəbistanı hakimiyyət çevirilişi astanasında, bütün şahzadələrin ölkədən çıxışına qadağa qoyulub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 10, 2020 03:32 Asia/Baku
  • Saudiyyə Ərəbistanında hakimiyyət dəyişikliyi gözlənilir

Səudiyyə Ərəbistanı hakimiyyət çevirilişi astanasında, bütün şahzadələrin ölkədən çıxışına qadağa qoyulub.

Sahar Azari bildirir ki, bu barədə ərəb mediasi məlumat və sənədlər yayımlayıb.

Sənədlərin birində, Səudiyyə Ali Məhkəməsi rəsmi bildiriş yazaraq, Daxili İşlər Nazirliyindən bütün şahzadələrin ölkədən çıxışına qadağa qoyulmasını tələb edib.

Salam niyus xəbər verir ki, Ərəb mediası bu prosesi Səud ailəsinin hakimiyyətinin artıq kral Salman ailəsinin hakimiyyəti kimi davam edəcəyini bildirirlər.

Bildirilir ki, kral Salman bin Əbdüləzizin oğlu və vəliəhdi şahzadə Məhəmməd bin Salman ailənin hakimiyyətə iddialı bütün şahzadələrini zərərsizləşdirərək özünün şərtsiz hakimiyyət planını qurmağa davam edir.

Qeyd edək ki, kral Salman üç il öncə qardaşı oğlu, sabiq daxili işlər naziri Məhəmməd bin Naif bin Əbdüləzizi vəliəhdlikdən uzaqlaşdıraraq öz oğlu Məhəmmədi bu kürsüyə otuzdurub.