Putin Livana yeni səfir təyin edib
https://azeri.sahartv.ir/news/dünya-i365969-putin_livana_yeni_səfir_təyin_edib
Rusiya prezidenti Vladimir Putin Livan səfirini dəyişib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 14, 2020 18:42 Asia/Baku
  • Putin Livana yeni səfir təyin edib

Rusiya prezidenti Vladimir Putin Livan səfirini dəyişib.

SəhərAzəri SalamNews-a istinadla xəbər verir ki, müvafiq sərəncam rəsmi hüquq portalında yayımlanıb. Aleksandr Rudakov Rusiyanın Livandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

Prezident, Aleksander Zasıpkinin bu vəzifədən azad edilməsi barədə sərəncam imzalayıb.

Qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə Livan Mülki Müdafiə və Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi Beyrutda partlayış bölgəsində Rusiya xilasediciləri və həkimlərinin işlərinin başa çatması barədə akt imzalayıb.