Aİ-dən Yunanıstanı sarsıdacaq Açıqlama
Türkiyənin elan etdiyi NAVTEX və Aralıq dənizinin şərqində həyata keçirdiyi qazma işlərindən böyük sarsıntı yaşayan Yunanıstana daha bir zərbə Avropa İttifaqından gəlib.
SəhərAzəri Publika-a istinadla xəbər verir, Avropa İttifaqı Komissiyası Yunanıstanın Şərqi Aralıq dənizindəki tezislərini müdafiə etmək üçün irəli sürdüyü “Sevilya xəritəsi”nin rəsmi sənəd olmadığını açıqlayıb.
"Qurumların hazırladığı xarici hesabatlar Aİ-nin rəsmi sənədləri deyildir və bizim üçün hüquqi, siyasi dəyərləri yoxdur. Dəniz ərazilərinin delimitasiyası və bu ərazilərdəki ehtiyatların istifadəsi ilə bağlı məsələlər yalnız beynəlxalq hüquq normalarına və düzgün qonşuluq münasibətlərinə uyğun olaraq dialoq və danışıqlar yolu ilə ədalətli şəkildə həll edilə bilər", - Aİ-nin məlumatında qeyd olunub.
Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar bu yaxınlarda Hərbi Dəniz Qüvvələri Komandanlığına etdiyi səfərdə "Türkiyə Cümhuriyyətinin, Türkiyə Silahlı Qüvvələrinin və 83 milyonluq xalqın Sevilya və ya buna bənzər tələbləri heç bir şəkildə qəbul etməyəcəyini hər kəs bilsin”, - deyə açıqlama vermişdi.