ABŞ-da anti-rasizm etirazları davam edir
Amerikanın müxtəlif şəhərlərində anti-rasizm etirazları davam etməkdədir.
SəhərAzəri xəbər verir, Amerikanın Oreqon ştatının Portlend şəhəri yenə də Amerika xalqının bu ölkə polisinin zorakı və rasistcəsinə hərəkətlərinə qarşı aksiyası səhnəsi olubdur.
Kaliforniya ştatının Oklend şəhərində də yüzlərlə nəfər ABŞ polisinin Kenoşa şəhərində qaradərili Amerika vətəndaşı Cakob Blekə atəş açmasına etiraz olaraq, idman yarışlarının boykot edilməsilə həmrəylik ifadə etmək üçün aksiya keçirib.
Amerikanın Viskansin ştatında yerləşən Kenoşa şəhərinin polis qüvvələri bazar günü Cakob Blek adlı 29 yaşlı gənc afroamerikalını, övladlarının gözləri qarşısında atəşə tutdular.
Cakob Blekin valideynləri bildiriblər ki, onların övladı polis qüvvələri tərəfindən yeddi dəfə bel nahiyəsindən atəşə tutulub və bu cinayət Cakobun iflic olmasına bais olubdur.
Bu polis vəhşiliyindən sonra Kenoşa şəhəri xalq etirazları səhnəsinə çevrilibdir.
Amerikanın digər şəhərləri də son həftələr ərzində rasizmə qarşı aksiyaların şahidi olublar.