Amerikasayağı demokratiya;
Tramp: Gücdən istifadə narazı kütləyə qarşı ən təsirli vasitədir
Avq 31, 2020 08:39 Asia/Baku
ABŞ prezidenti irqçilik əleyhinə etiraz aksiyalarına qarşı gücdən istifadəyə təkid etdi.
Səhər Azəri bildirir ki, Donald Tramp Portlənd şəhərində irqçilik əleyhinə etiraz aksiyalarında iştirak edənlərə qarşı gücdən istifadəyə təkid edib.
Məlumata görə, ABŞ prezidenti Tvitter-də yazıb: Demokratların nəzarəti altında olan şəhərlərdə zorakılıqların qarşısını almağın yeganə yolu gücdən istifadədir.
Portlənd şəhərinin merini bacarıqsızlıqda ittiham və ona axmaq deyə xitab edən Tramp əlavə edib: Tedd Viler hakimiyyəti dövründə Portlənd şəhərində böyük dağıntılar və ölümün şahidi olub. O, bu qanunsuzluğun sonsuza kimi davam edəcəyini düşünür. Bu səhvdir. Portlənddə vəziyyət bir axmaq mer ilə heç vaxt düzəlməyəcək.