Avq 31, 2020 14:44 Asia/Baku
  • Viskonsin Ştatının qubernatoru Trampa müraciət etdi: Kenosa getmə!

Viskonsin ştatında irqçiliyə qarşı keçirilən aksiyaların şiddətlənməsi ilə bu ştatın qubernatoru ABŞ prezidenti Donal Trampı iğtişaşlı Kenoşa şəhərinə səfərdən çəkinməyə çağırıbş

Səhər Azəri bildirir ki, Viskonsin ştatının qubernatoru Toni Evers bu gün ABŞ prezidenti Donald Trampın bu ştatdakı Kenoşa şəhərinə səfər etmək qərarına reaksiya verib və onu bu qərarı yenidən nəzərdən keçirməyə çağırıb. 

"Hil" xəbər portalının məlumatına görə, Viskonsin ştatının qubernatorluq bürosu Ağ Evə məktub ünvanlayaraq, xəbərdarlıq edib ki, Trampın bu şəhərdə olması sakitlik yaratmaq və vəziyyəti yaxşılaşdırmaq cəhdlərini təxirə salır.

Ağ Ev ABŞ prezidentinin sentyabrın birində Kenoşaya səfər etmək niyyətində olduğunu bildirib.

ABŞ prezidentinin iğtişaşlı Kenoşa şəhərinə səfərinin tarixinin açıqlanması ilə eyni zamanda bu şəhər rəsmiləri etiraz aksiyalarını nəzarətdə saxlamaq məqsədilə komendant saatı tətbiq ediblər.

Trampın Kenoşa şəhərinə səfəri xəbərinin yayılması bu şəhər əhalisinin hiddətlənməsinə səbəb olub.

Kenoşa şəhər polisi avqustun 23-də Ceykob Bleyks adlı bir qaradərili gənci övladlarının gözü qarşısında atəşə tutublar.

Ceykob Bleykin ailəsi bildiriblər ki, polis qüvvələri tərəfindən övladlarının bel nahiyəsinə yeddi dəfə atəş açılıb və bu cinayət onun iflic olmasına səbəb olub.

Son həftələrdə ABŞ-ın digər şəhərləri də anti-rasizm aksiyalarının şahidi olubdur.

Teqlər