ABŞ BCM-in iki rəsmisini sanksiya edib
Amerika maliyyə nazirliyi Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru və bu məhkəmənin məhkəmə dairələri üzrə əlaqə və həmkarlıqlar şöbəsi müdirini sanksiya edib.
SəhərAzəri xəbər verir, Amerika maliyyə nazirliyi Fatou Bensouda və Fakiso Moçoçokonun adlarını Amerikanın sanksiyası altında olan şəxslər siyahısına salıb.
ABŞ-ın dövlət katibi Mayk Pompeo da hədələyərək bildiribdir ki, bu iki beynəlxalq rəsmiyə dəstək verəcək hər bir fiziki və hüquqi şəxsə də cəza tətbiq ediləcəkdir.
Pompeo həmçinin bildiribdir ki, amerikalı qüvvələrə qarşı təhqiqatın aparılması sahəsində Beynəlxalq Cinayət Məhkəməsinin səylərində iştirak edən şəxslər də bu ölkənin viza məhdudiyyətlərinə şamil ediləcəklər.
Amerika prezidenti Donald Tramp iyun ayının əvvəllərində Amerikadan icazə almadan amerikalı hərbçilərin Əfqanıstandakı cinayətləri barədəki beynəlxalq təhqiqatda rol oynamış Beynəlxalq Cinayət Məhkəməsinin rəsmilərindən bir qrupunun sanksiya edilməsi barədə icra fərmanı verdi.