Sen 06, 2020 08:49 Asia/Baku
  • Rusiya silahlanma rəqabətində maraqlı deyil

"NATO hətta, koronavirus pandemiyası dövründə belə hərbi manevrlərin azaldılmasına dair Rusiyanın istəyini rədd edib"

Səhər Azəri bildirir ki, bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. 

NATO-nun Rusiya əleyhinə hava casusluğunu son zamanlar xeyli artırdığına işarə edən Sergey Şoyqu deyib: Moskva silahlanma rəqabətində iştiraka maraq göstərmir. Buna baxmayaraq, NATO-nun dostcasına olmayan hərəkətləri müqabilində öz hərbi-döyüş qabiliyyətini artırmağa məcbur olub. 

Sputnik xəbər agentliyinin bildirdiyinə görə, Sergey Şoyqu Rusiyanın raket müdafiə sahəsindəki addımlarının məhdud xarakterli olduğunu söyləyərək, atılan addmların modern hərbi təhlükələrin önlənilməsi istiqamətində olduğunu vurğulayıb. 

Şoyqu daha sonra NATO-nun regionda sabitliyin möhkəmləndirilməsi üçün əməkdaşlığa hazır olmadığını deyib. 

Teqlər