Noy 06, 2020 10:00 Asia/Baku
  • Tramp: Mənə elə gəlir ki, hakimlər hökm verməyə məcbur olacaqlar

ABŞ prezidenti deyib: Bizim hər ikimiz ştatlarda qələbə qazandığımızı iddia edə bilərik, amma sonda mənə elə gəlir ki, hakimlər hökm verməyə məcbur olacaqlar.

SəhərAzəri xəbər verir, Donald Tramp cümə axşamı günü gecə Ağ Ev-də keçirdiyi mətbuat konfransında Miçiqan ştatı da daxil olmaqla seçkilərdə saxtakarlıq və pozğunluğun baş verməsi iddiasını təkrar edib, «qanuni və qanunsuz səslər» kimi şəkk-şübhə irəli sürərək, belə iddia edib: Əgər qanuni səsləs sayılarsa, biz qalibik, yox əgər qanunsuz səslər hesablanarsa, onda seçkilər birzdən oğurlanıbdır.

Tramp vurğulayıb: Daha çox şikayətlər irəli sürəcəyik və onun nəticəsi ali məhkəmədə məlum olacaq. Onlar seçkilərdə saxtakarlıq etməyə çalışırlar.

Bu mətbuat konfransındakı siması və danışıq tərzindən səslərin sayılışının bu mərhələsinədək seçkilərin nəticəsindən narazı görünən Tramp özünün nisbətən qısa mətbuat konfransının sonunda müxbirlərin çox sayda suallarına məhəl qoymadan Ağ Ev-də keçirilən mətbuat konfransı zalını tərk edib.

Co Bayden də bir televiziya çıxışında bildiribdir ki, bütün səslərin sayılışının başa çatacağı təqdirdə o, seçkilərin qalibi kimi təqdim olunacaqdır.

Demokrat partiyasının namizədi həmçinin Amerika xalqını sakitliyə çağırıb. Bildirib ki, demokratiya bəzən müəyyən qədər təmkinli olmağa ehtiyac duyur.

Son məlumatlara görə, demokratların namizədi Co Baydenin 264, Donald Trampın isə 214 elektral səsi var. Baydenin təkcə altı elektral səsə ehtiyacı var.

Teqlər