Noy 06, 2020 19:53 Asia/Baku
  • Corciya və Pensilvaniyada Baydenin Trampla səs fərqi azalıb

Hər an ABŞ-ın yeni prezidentinin adının elan edilməsi ehtimalı var, amma səslər olduqca mühafizəkarcasına və az fərqlə sayılmaqda davam edir.

Yekun qələbə üçün təkcə altı elektoral səsə ehtiyacı olan demokratların ABŞ prezident seçkilərinə namizədi Co Bayden hazırda qalibin məlum olmadığı beş ştatdan biri olan Corciya ştatında öz səslərinin faizini respublikaçı rəqibi Donald Trampın göstəricisinə çatdıra bilibdir.

Amerika medialarının məlumatlarına görə, rəqibinin 214 elektoral səsi qarşısında 264 elektoral səsə malik olan Bayden Corciya ştatının on altı elektoral səsini ələ keçirə biləcəyi təqdirdə, bütövlükdə 280 elektoral səslə Ağ Ev-ə yol tapacaqdır.

Corciya ştatında səslərin sayılışının davam etməsilə Donald Trampla Co Bayden arasındakı səs fərqi üç min beş yüzdən aşağıya enibdir. Halbuki dünən bu ştatda səslərin sayılışının əvvəlində Tramp on minlərlə səslə irəlidə gedirdi.

Amerika prezidentini xalqın səsi deyil, sayı 538 olan «Elektoral Kollegiya»nin üzvləri seçirlər.

Bayden indiyədək təqribən 74 milyon, Tramp isə təqribən yetmiş milyon səs əldə ediblər.

Teqlər