Bayden Pensilvaniya ştatında Donald Trampı önə keçib
Cümə axşamı gügünə qədər Pensilvaniya ştatında səs sayına görə Donald Trampdan xeyli geridə olan Co Bayden hazırda nəinki onu üstələyib, həmdə respublikaçı rəqibi ilə fərqini xeyli artırıbdır.
SəhərAzəri xəbər verir, indiyədək 20 dəyərli elektora səsə malik olan Pensilvaniya ştatında bülletenlərin 98 faizi sayılıb və əldə edilən nəticələr Co Baydenin asanlıqla bu 20 elektoral səsi öz səbətinə atacağı və Ağ Evin açarını qazanacağını göstərir.
Pensilvaniya ştatında sayılan bülletenlərin 98 faizində, Bayden 4 milyon 324 min 151 səs, Tramp isə 4 milyon 304 min 419 səs qazanıb. Başqa sözlə Bayden Pensilvaniya ştatında səslərin 49,6 faizini, Tramp isə 49,3 faizini qazanıb.
Bayden hazırda 264 elektoral səsə sahibdir və təkcə 6 elektoral səs qazanacağı təqdirdə ABŞ-ın yeni prezidenti olaraq, Ağ Evə yol tapacaq. Tramp isə hazırda 214 elektoral səsə sahibdir və demək olar ki, bu seçkilərdə qalib olmaq üçün heç bir ümidi yoxdur.
Co Bayden, həmçinin Corciya ştatında da Trampdan önə keçib. 16 elektoral səsə sahib olan bu ştatda iki rəqibin səs fərqinin cüzi olduğunu nəzərə alaraq, səslərin yenidən sayılması istisna edilmir.
Bayden Novada ştatında da 6 elektoral səslə liderlik edir və demək olar ki, bu ştatda onun qələbəsi qətidir.