Dek 09, 2020 12:53 Asia/Baku
  • Koronavirus qlobal borcu 200 trilyon dollara çatdırır

Koronavirus pandemiyası qlobal borcu 200 trilyon dollara çatdıra və bir milyard insanı mütləq yoxsulluğa düçar edə bilər.

SəhərAzəri xəbər verir, bu barədə “S&P Qlobal Reytinq” agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, dünya ölkələri kredit almağa can atırlar və cari ildə global borcun 200 trilyon dollar çatacağı gözlənilir. Bu miqdarda borc dünya iqtisadiyyatının illik istehsalının 265 faizini təşkil edir. Məlumata əsasən, qlobal borcun ümumi daxili məhsula nisbəti illərdir artmaqdadır və koronavirus pandemiyası bu böhranı daha da kəskinləşdirib.

Digər tərəfdən, BMT koronavirus pandemiyasının uzun müddətdə daha 207 milyon insanı mütləq yoxsulluğa düçar edəcəyi və 2030-cu ilədək onların ümumi sayını bir milyard nəfərə çatdıra biləcəyi ilə bağlı xəbərdarlıq edib.

“S&P Qlobal Reytinq” agentliyi koronavirusun iqtisadi fəsadlarının 80 faizinin on ildən çox davam edə və iqtisadi inkişafı dayandıra biləcəyini söyləyib.

 

Teqlər