Dek 09, 2020 14:04 Asia/Baku
  • Tramp rasistcəsinə bir qərar verib

ABŞ prezidenti rasistcəsinə bir hərəkətdə bir sərəncam imzalayıb. Ona əsasən, bu ölkə vətəndaşları koronavirus peyvəndi əldə etməkdə «ilk prioritet»ə malik olacaqlar.

SəhərAzəri xəbər verir, Donald Tramp həmin sərəncamı yerli vaxtla çərşənbə axşamı günü Ağ Ev-də imzalayıb.

Tramp iddia edibdir ki, vaksinasiyanın başlandığına görə, qarşıdakı aylarda bu ölkədə koronavirusa yoluxma sayı kəskin tərzdə azalacaqdır.

Trampın sərəncamı əsasında öncə amerikanlara koronavirus peyvəndi vurulmalı və sonradan bu vaksin digər ölkələrə payalanmalıdır.

Trampın bu yeni sərəncamı, Ümumdünya Səhiyyə Təşkilatının koronavirus peyvəndinin ayrı-seçkilik olmadan ölkələr arasında paylanmasına dair tövsiyələrinə ziddir.

Trampın iddiasının əksinə olaraq, Amerika hazırda on beş milyon nəfərdən çox koronavirus xəstəsi və bu xəstəlikdən irəli gələn ölüm halları ilə dünyada birincidir.

Amerika Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi, son zamanlar xəbərdarlıq edibdir ki, bu ölkədə koronavirusa yoluxma və bu xəstəlikdən irəli gələn ölüm halları əsaslı şəkildə azalmazsa, 2021-ci il yanvar ayının ortalarına qədər ABŞ-da şərait böhran səviyyəsinə qalxacaqdır.

Teqlər