Dek 17, 2020 19:14 Asia/Baku
  • Koronavirus böhranı ilə üzləşən ölkələrə qarşı sanksiyalar ləğv olunmalıdır

Rusiya prezidenti vurğulayıb ki, koronavirus böhranı ilə üzləşən ölkələrə qarşı ticarət məhdudiyyətləri və sanksiyalar ləğv olunmalıdır.

SəhərAzəri xəbər verir, Vladimir Putin koronavirus pandemiyasına görə, cari ildə virtual formada keçirilən öz illik çıxışında Birləşmiş Ştatların İran kimi ölkələrə qarşı birtərəfli addımlarına işarə ilə koronavirus böhranı ilə üzləşən ölkələrə qarşı məhdudiyyətlər və sanksiyaların ləğv olunmasına çağırıb.

Rusiya prezidenti çıxışının digər bir hissəsində «Sputnik V» vaksininin koronvirusla mübarizədəki səmərəliliyinə toxunub. Bildirib ki, indiyədək Rusiyada bu peyvəndin yan təsirləri barədə bir dənə də olsun belə, ciddi hal müşahidə olunmayıbdır.

Putin ABŞ rəsmilərinin Vaşinqtonun hökumət və təhlükəsizlik qurumlarına qarşı kiberhücumlarda Moskvanın rolu barədə Rusiyaya vurduqları son ittihamlara işarə edib və bu ittihamları təhrikedici hərəkətlər adlandırıb.

O, Ağ Ev rəsmilərinin Rusiyanın Amerika seçkilərinə qarışması haqdakı ittihamlarını da rədd edib və belə deyib: Rus hakerlər Amerikanın hazırkı prezidentinin seçkilərdə qalib gəlməsinə kömək və bu böyük gücün daxili işlərinə heç bir müdaxilə etməyiblər.

Teqlər