Lukaşenko vurğulayıb;
"Terrorçular Ukraynadan Belarusa silah gətiriblər"
Belarus prezidenti Terrorçuların Ukraynadan Belarusa silah gətirdiyini iddia edib.
SəhərAzəri xəbər verir, Belarus prezidenti Aleksandr Lukaşenko deyib: "Nikolay Avtoxoviç adlı bir şəxsin rəhbərlik etdiyi bir terror qruplaşmasının üzvləri ölkə daxilində yeni terror hücumları hazırlayır və Ukrayna üzərindən Belarusa silah idxal ediblər".
Belarus prezidenti əlavə edib: "Bu terror qruplaşmasının fəaliyyəti Belarusun təhlükəsizlik orqanlarının vaxtında hərəkəti nəticəsində aşkar və zərərsizləşdirilib".
Ukrayna Xarici İşlər Nazirliyi isə Belarus prezidentinin bu ölkəyə silah tədarükü ilə bağlı iddialarını yanlış qiymətləndirib.
Belaruda seçki ilə əlaqədar iğtişaşların ardınca Lukaşenko, Ağ Evin müttəfiqi olan Avropa hökumətlərini bu ölkədəki gərginliklərdə və müxalifəti dəstəkləməkdə günahlandırıb.
Aleksandr Lukaşenko, Belarusda keçirilmiş son prezident seçkilərinin qalibi olub.