ABŞ-da baş verənlərə reaksiyalar davam edir
ABŞ konqresinin nümayəndələr palatası ilə senatın seçicilər kollegiyasının səslərini saymaq üzrə birgə iclası Donald Trampın tərəfdarlarının üsyanı və konqres binasına basqını nəticəsində dayanıb.
SəhərAzəri xəbər verir, bu məsələ beynəlxalq reaksiyalara səbəb olub.
İngiltərənin baş naziri Boris Conson ABŞ konqresinə hücumu utancgətirici hərəkət adlandırıb və Tvitter-də belə bir mesaj qoyub ki, Amerikada hakimiyyətin ötürülməsi sakit və müntəzəm şəkildə həyata keçməlidir.
Avropa Komissiyasının prezidenti Ursula von der Leyen isə ABŞ institutlarının və demokratiyanın gücünə inandığını qeyd edib: “Hakimiyyətin dinc yolla keçidi əsasdır. Co Bayden bu seçkini qazanıb. ABŞ-ın növbəti prezidenti kimi onunla işləməyi səbirsizliklə gözləyirəm”.
Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel isə bildirib ki, ABŞ Konqresi demokratiyanın məbədidir: “Vaşinqtondakı bu səhnələrin şahidi olmaq şokedicidir. ABŞ-ın sülh yolu ilə hakimiyyəti Co Baydenə ötürüləcəyini təmin edəcəyinə inanırıq”.
İngiltərə parlamentinin xarici əlaqələr komissiyasının sədri Tom Tugendhat öz tvitter hesabında yazıb: "Bu gün bir çoxları dəhşətlə belə bir reallığı müşahidə edirlər ki, acizlər cərəyanını müdafiə etdiklərini iddia edən/ xalqı aldadan hökmdarların qüdrəti/ güclü tərəfi yatıran, zəifi isə qoruyan qanunu pozur".
O, deyib: Donald Trampın hərəkətləri bizim hamımızı təhdid edir.
Almaniyanın xarici işlər naziri də Trampı və onun tərəfdarlarını Amerika seçicilərinin qərarını qəbul etməyə və demokratiyanı pozmağı dayandırmağa çağırıb.
Hayko Maas öz tvittində sonra belə yazıb: Demokratiyanın düşmənləri Vaşinqtonun bu inanılmaz görüntüsünə sevinəcəklər.
Kanadanın baş naziri Castin Trüdo da Amerikada baş verən hadisələrdən narahatlığını ifadə edərək, bu ölkədə zorakılıqlara son qoymağa çağırıb.