Yan 10, 2021 07:33 Asia/Baku
  • Merkel qarşıdakı həftələri Almaniya üçün ən çətin dönəm adlandırıb

Almaniyada qarşıdakı həftələr COVID-19 pandemiyasının inkişafı baxımından ən çətin dönəm olacaq.

SəhərAzəri “RİA Novosti” xəbər agentliyinə istinadən xəbər verir, Almaniya kansleri Angela Merkel bildirib ki, Almaniyada qarşıdakı həftələr COVID-19 pandemiyasının inkişafı baxımından ən çətin dönəm olacaq.

Angela Merkel deyib: "Bu, ölkəmizin və bir çox Avropa ölkəsinin yaşadığı pandemiyanın ikinci təhlükəli dalğasıdır. Görünür, qışın növbəti həftələri pandemiyanın ən ağır mərhələsi olacaq".

Merkelin sözlərinə görə, bir çox xəstəxanalardakı həkimlər və tibb işçiləri imkanlarının maksimum həddində çalışırlar. Kansler Milad və Yeni il bayramlarının yoluxma sayının artımına təsirini hələ hesablaya bilmədiklərini də sözlərinə əlavə edib.

Almaniya kansleri əlavə edib: "Hədəfimiz aydındır – yedi günə yeni yoluxma hallarının sayını xeyli - 100 min əhaliyə ən çoxu 50 yeni hal səviyyəsinə endirməliyik".

Teqlər