Fev 02, 2021 10:11 Asia/Baku
  • ÜST: Üçüncü həftədir ki, dünyada koronavirusa yoluxma hadisələrinin sayı azalır

“Artıq üçüncü həftədir ki, dünyada koronavirusa yoluxma hadisələrinin sayı azalır”.

SəhərAzəri xəbər verir, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə deyib.

Baş direktorun sözlərinə görə, bu nəticə infeksiyanın idarə oluna biləcəyini göstərir: “Eyni zamanda bu nəticə pandemiyaya qarşı tədbirləri davam etdirməklə infeksiyanın yayılmasının qarşısını almağın mümkünlüyünü göstərir”.

Qebreyesus müvafiq tədbirlərin davam etdirməyi son dərəcə vacib olduğunu diqqətə çatdırıb: “İnfeksiyanın yayılmasının idarə edilməsi həyatımızı xilas etməklə yanaşı, yeni növlərin yaranma şansını azaldır”.

ÜST rəhbəri əlavə edib ki, səhiyyə sektorunda informasiya sistemlərinin gücləndirilməsi də böyük əhəmiyyətə malikdir. 

Teqlər