İran, Rusiya vəTürkiyənin Suriya üzrə növbəti üçtərəfli görüşü başa çatıb
https://azeri.sahartv.ir/news/dünya-i373383-İran_rusiya_vətürkiyənin_suriya_üzrə_növbəti_üçtərəfli_görüşü_başa_çatıb
Soçidə keçirilən Suriya üzrə 15-ci beynəlxalq görüş başa çatıb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Fev 17, 2021 12:59 Asia/Baku
  • İran, Rusiya vəTürkiyənin  Suriya üzrə növbəti  üçtərəfli görüşü başa çatıb

Soçidə keçirilən Suriya üzrə 15-ci beynəlxalq görüş başa çatıb.

 SəhərAzəri Azərtac-a istinadən xəbər verir ki, görüşdə Astana formatının iştirakçıları olan ölkələri - İran, Rusiya  və Türkiyənin  diplomatları iştirak ediblər. Tərəflər danışıqların yekunlarına dair bəyanatla çıxış ediblər.

Bəyanatda İdlib üzrə əldə olunmuş razılaşmaların tam şəkildə yerinə yetirilməsinin, ölkədəki terrorçu dəstələrinin məhv edilməsinin vacibliyi vurğulanıb. Üçtərəfli görüşdə İran, Rusiya və Türkiyə, Suriyanın suverenliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasına tərəfdar olduqlarını bildiriblər.

Rəsmi Tehran, Moskva və  Ankara, Suriyanın neft gəlirlərinin qanunsuz ələ keçirilməsini, bu ölkənin Konstitusiya Komitəsinin fəaliyyətinə kənardan müdaxilələri pisləyiblər. Tərəflər, həmçinin Suriyada qaçqın və köçkünlərin öz yurdlarına təhlükəsiz qaytarılmasının vacibliyini qeyd ediblər.

Astana formatında növbəti görüşün 2021-ci ilin ortalarında Nur-Sultanda keçirilməsi nəzərdə tutulub.