Mart 17, 2021 21:49 Asia/Baku
  • Merkel üçün həyəcan təbili!

Almaniyanın iki ştat seçkilərinin nəticələri Xristiyan-Demokratlar İttifaqı yəni Merkelin partiyasının məğlubiyyətini göstərir. Merkelin hər iki əyalətdəki məğlubiyyətinə əlavə olaraq, dörd aylıq ümumölkə tətilindən sonra ona qarşı müəssisələr və koronavirus məhdudiyyətləri ilə bağlı etirazlar da artıbdır.

SəhərAzəri xəbər verir ki,Almaniyada taleyüklü seçkilərə və Merkelin öz açıqlamasına əsasən, siyasətdən getməsinə altı ay qaldığı bir halda onun üçün həyəcan təbili çalınır.

Almaniyada iki ştat seçkilərində, Merkelin partiyası yəni Xristian-Demokrat İttifaqı məğlub olub. Hansı ki, partiyanın sədri və Merkelin potensial xələfi onu məyus edici adlandırıblar.

M.M: Əyalət seçkilərinin nəticəsi məyus edicidir. Koronavirus böhranı ölkədə hamiya təzyiq göstərir. Koronavirus böhranının idarəçiliyi də diqqət mərkəzində olub.

Almaniyada indiyədək 73 min insanın həyatına son qoyan koronavirus böhranı, 4 aylıq ümummilli tətildən sonra geniş etirazlara səbəb olub.

M.M: Qapanmalardan sonra bir çoxları iş yerlərini itirdilər. Bu böhran xalqın hiddətinə səbəb olub.

Almaniyada parlament seçkiləri etirazlarla paralel olaraq, sentyabrın 26-da keçiriləcək.

Hansı ki bəziləri, koronavirus və iqtisadi təzyiqlər səbəbindən, Merkel partiyasının 4 dövr liderliyindən sonra böyük ehtimalla Almaniyadakı hakim partiyalar arasında hakimiyyət dəyişikliyinə səbəb olacağını proqnoz edirlər.

 

Teqlər