Angela Merkel vaksinlərə etibar etməyə çağırıb
Mart 31, 2021 17:02 Asia/Baku
Almaniyanın federal kansleri Angela Merkel ölkə vətəndaşlarına müraciət edərək onları adı dəyişdirilmiş “AstraZeneca” vaksinindən qorxmamağa çağırıb.
SəhərAzəri Azərtac-a istinadən xəbər verir ki, Merkel dünən axşam paytaxtda səhiyyə naziri Yens Şpan və federal əyalətlərin baş nazirləri ilə məsləhətləşib. Bu görüşdən sonra kansler bildirib ki, preparatın effektivliyi yüksək dərəcədədir, vaksinin adının dəyişdirilməsi isə onun kimyəvi tərkibini dəyişmir. O deyib: “Biz vaksinlərə etibar etməliyik”.
Merkelin fikrincə, adı dəyişdirilmiş köhnə preparatdan yaşı 65-dən aşağı olan şəxslər üçün istifadə edilməsi düzgün qərardır.