ABŞ Türkiyədə S-400 sistemindən istifadə edilməsindən nigarandır
https://azeri.sahartv.ir/news/dünya-i375204-abŞ_türkiyədə_s_400_sistemindən_istifadə_edilməsindən_nigarandır
ABŞ müdafiə naziri öz türk həmkarı ilə telefon söhbətində bir daha S-400 anti-raket sisteminin Ankaranın hərbi təchizatlarından kənara qoyulmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 02, 2021 09:33 Asia/Baku
  • ABŞ Türkiyədə S-400 sistemindən istifadə edilməsindən nigarandır

ABŞ müdafiə naziri öz türk həmkarı ilə telefon söhbətində bir daha S-400 anti-raket sisteminin Ankaranın hərbi təchizatlarından kənara qoyulmasını istəyib.

SəhərAzəri xəbər verir ki, Lloyd Ostin cümə axşamı günü Türkiyənin müdafiə naziri Hulusi Akar ilə telefon əlaqəsində NATO vasitəsilə kollektiv təhlükəsizliyə, həmçinin ABŞ-Türkiyə ikitərəfli müdafiə əlaqələrinə olan öhdəliyə təkid edib.

Amerika müdafiə nazirliyinin bəyanatında deyilir: Ostin ABŞ və Türkiyə orduları arasında hərbi əməkdaşlığın gücləndirilməsi üzrə işin önəminə toxunub və Türkiyədən istəyibdir ki, Rusiyanın S-400 raket müdafiə sistemini saxlamasın.

Amerika dəfələrlə Türkiyəyə xəbərdarlıq edibdir ki, Rusiyadan S-400 sistemlərini təhvil alacağı təqdirdə, Vaşinqtonun sanksiyaları ilə üzləşəcək. Türkiyə isə indiyədək Amerikanın təzyiqləri qarşısında təslim olmağa hazır olmayıb və vurğulayıbdır ki, heç bir vəchlə S-400 sistemlərini almaq fikrindən geri çəkilməyəcəkdir.