Apr 03, 2021 17:29 Asia/Baku
  • Şimali Koreyaya qarşı təzyiqi artırmaq üçün üçtərəfli razılaşma

ABŞ, Yaponiya və Cənubi Koreyanın milli təhlükəsizlik müşavirləri, üçtərəfli görüş keçirdikdən sonra bir bəyanat yayaraq, raket proqramı həyata keçirmək üçün Şimali Koreyaya təzyiqləri artırmağa çağırdılar.

SəhərAzəri xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Məsləhətçisi Jake Sullivan, Yaponiya Milli Təhlükəsizlik Muşaviri Şigeru Kitamura və Cənubi Koreya Milli Təhlükəsizlik Muşaviri Su Hoon dünən axşam (cümə) proqramla əlaqədar bir günlük danışıqlardan sonra, Şimali Koreyaya təzyiqləri gücləndirmək üçün ortaq əməkdaşlığın artırılması üçün razılıq əldə ediblər.

 Reuters-in verdiyi məlumata əsasən açıqlamada ABŞ, Yaponiya və Cənubi Koreyanın yüksəkvəzifəli nümayəndələri, Pxenyanın  raket planına qarşı təzyiq siyasəti həyata keçirməyə təkid edərək BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı qəbul etdiyi qətnamələrin tam olaraq yerinə yetirilməsinin vacibliyini vurğulayıblar.

Məlumata görə, üç ölkənin nümayəndələri açıqlamada Şimali Koreyaya qarşı üçtərəfli əməkdaşlığın məqsədini Şimali Koreyanın hərəkətlərinin zəiflətmək və Koreya yarımadasında sülh və sabitliyin qorunması üçün xarakterizə edirlər.

 

 

Teqlər