Taliban: “Xarici qoşunlar Əfqanıstandan çıxmamış danışıqda iştirak etməyəcəyik”
Apr 14, 2021 19:15 Asia/Baku
Əfqanıstanın Taliban qruplaşması xarici qüvvələrin Əfqanıstandan çıxana qədər qrupun heç bir danışıqda iştirak etməyəcəyini söyləyib.
SəhərAzəri Farsnews-a istinadən xəbər verir ki, Talibanın sözçüsü bu gün (14 aprel) səhər verdiyi bəyanatında belə qeyd edib: “Xarici qoşunlar ölkəni tərk etməyənə qədər, qrup diplomatik danışıqlarda iştirak etməyəcək”.
Bu açıqlamalar, ABŞ-ın prezidenti Cozef Baydenin bütün ABŞ əsgərlərinin 11 sentyabr 2021-ci il tarixinədək Əfqanıstandan çıxacağını elan etməsindən sonra səsləndirilib.
Bu barədə Ağ Evdən verilən məlumatda qeyd edilib.
“1 maydan etibarən əsgərləri çıxarmağa başlayacağıq və 11 sentyabrda – terror aktının ildönümündə bütün qoşunlar Əfqanıstandan çıxarılacaq”, - deyə bildirilib.