Apr 17, 2021 12:34 Asia/Baku
  • Pelosidən ABŞ-ın Əfqanıstandan çıxmasına reaksiya

ABŞ konqresinin nümayəndələr palatasının sədri bu ölkənin Əfqanıstandan çıxmasına reaksiya verib.

SəhərAzəri xəbər verir ki, Nensi Pelosi ABŞ hökumətinin öz vətəndaşlarının istəyinə əməl etməsini Amerikanın hərbi qüvvələrinin Əfqanıstandan təhlükəsiz və strateji çıxışı üçün «həyati əhəmiyyətli» adlandırıb.

Pelosi deyib: Bizim burada işimiz, Amerika xalqının istəklərinə əməl etməkdir və onların iqtisadi təhlükəsizliyi ölkəmizin təhlükəsizliyi üçün «həyati əhəmiyyətli»dir.

ABŞ konqresinin nümayəndələr palatasının sədri sonra söyləyib: Bu həftə Bayden hökuməti Amerikanın hərbi qüvvələrinin Əfqanıstandan təhlükəsiz və strateji çıxışı üzrə zaman cədvəlini elan etdi. Bu mühüm bir dəyişiklikdir və o, rəğbətlə qarşılanır.

Pelosi deyib: Amerika xalqının hərbi və təhlükəsizlik qüvvələrinin təhlükəsizlyi bizim prioritetimiz olmalıdır.

Amerika prezidenti Co Bayden çərşənbə günü elan etdi ki, bu ölkənin hərbi qüvvələri Əfqanıstandan çıxacaqlar. Bildirdi ki, Amerikanın başının qarışdığı ən uzun savaşın bitməsinin zamanı gəlib çatıbdır.

Amerikanın 2020-ci ilin fevral ayında Qətərin Doha şəhərində Taliban qrupu ilə əldə etdiyi razılaşmaya görə, ABŞ öz hərbi qüvvələrini 2021-ci il mayın birinədək Əfqanıstandan çıxarmalıdır.

Taliban qrupu Amerikanın hərbi qüvvələrinin 2021-ci il mayın birinədək Əfqanıstandan çıxmalarına dair sülh razılaşmasına əməl etməməsi barədə Co Bayden hökumətinə xəbərdarlıq edib.

ABŞ və müttəfiqləri terrorizmlə mübarizə və Əfqanıstanda təhlükəsizliyi təmin etmək bəhanəsilə 2001-ci ildə bu ölkəyə hücum etdilər, lakin o zamandan bəri əmin-amansızlıq, terrorizm və narkotik maddələr istehsalı Əfqanıstanda nəzərəçarpacaq dərəcədə artıbdır.

Teqlər