Merkeldən Qarabağ açıqlaması: Hörmət olunmalıdır!
Apr 20, 2021 14:15 Asia/Baku
Belarus, Ukraynanın şərqi, Dnestryanı, Cənubi Osetiya, Abxaziya, Dağlıq Qarabağ, Suriya və Liviyadakı situasiya narahatlıq yaradır.
SəhərAzəri xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel deyib.
Qarabağ konflikti haqda danışan Merkelin sözlərinə görə, dövlətin suverenliyi və ərazi bütövlüyünə hörmət olmayanda beynəlxalq hüquq normaları tətbiq edilməlidir:
“Birgə qəbul edilən qanunlara əməl edilməlidir. Bu qanunlar dövlətin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməyəndə tətbiq edilməlidir. Qarabağdan nümunə gətirmək olar. Bu zaman Avropa Şurası vacib rol oynamalıdır”.