Apr 24, 2021 23:11 Asia/Baku
  • MKİ rəhbəri Əfqanıstana gizli səfər edib

Associated Press xəbər verir ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns Əfqanıstana gizli səfər edib.

SəhərAzəri : Associated Press məlumatlı mənbələrə istinadən verdiyi xəbərində, bu səfərin məqsədinin xüsusi antiterror bölmələrinin məsuliyyətinin Əfqanıstana necə təhvil verilməsi olduğunu yazıb.

 Xəbərə görə, Əfqanıstanın yüksək səviyyəli hərbi rəsmisi, MKİ tərəfindən təlim alınıb və təchiz olunmuş altı antiterror bölməsindən ikisinin artıq Əfqanıstan təhlükəsizlik qüvvələrinə təhvil verildiyini söyləyib.

 ABŞ mediası da MKİ-nin Bernsin səfəri ilə bağlı şərh verməsi üçün edilən tələbi rədd etdiyini bildirib.

 Məlumatlı mənbələrə görə, MKİ rəhbərinin səfəri keçən həftə gizli edilib və Berns Əfqanıstan rəsmilərini ABŞ-ın bu ölkədə terrorizmə qarşı mübarizə işlərini dəstəkləməyə davam edəcəyinə əmin edib.

 MKİ direktorunun Əfqanıstan hansı rəsmisi ilə görüşdüyü bəlli deyil, ancaq Əfqanıstanın ABŞ əsgərlərini çıxarmaq hazırlığının müzakirə olunduğu deyilir.

 MKİ Əfqanıstanda gizli şəkildə antiterror bölmələri hazırlamış və təchiz etmişdir və onlardan müxtəlif əməliyyatlarda istifadə etmişdir. Hal-hazırda bu qüvvələrdən 6-sı Kunar, Paktia, Qəndəhar, Kabil, Xost və Nanqarharda yerləşdirilib və bu qüvvələrin idarəsi Əfqanıstan hökumətinə təhvil verilməlidir.

 Bundan əvvəl prezident Bayden Əfqanıstandan ABŞ əsgərlərinin tamamilə çıxarılacağını elan edərək, Əfqanıstana hücumun ən vacib hədəfinin öz ərazilərindən ABŞ-a qarşı terror əməliyyatlarının qarşısını almaq olduğunu söyləyib. Deyerler.org

Teqlər