NATO qoşunlarını Əfqanıstandan çıxarmağa başlayıb
https://azeri.sahartv.ir/news/dünya-i376469-nato_qoşunlarını_Əfqanıstandan_çıxarmağa_başlayıb
NATO cümə axşamı “Qətiyyətli dəstək” əməliyyatında iştirak edən qüvvələrinin Əfqanıstandan koordinasiyalı və nizamlı şəkildə çıxarılmasına başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 29, 2021 18:21 Asia/Baku
  • NATO qoşunlarını Əfqanıstandan çıxarmağa başlayıb

NATO cümə axşamı “Qətiyyətli dəstək” əməliyyatında iştirak edən qüvvələrinin Əfqanıstandan koordinasiyalı və nizamlı şəkildə çıxarılmasına başlayıb.

SəhərAzəri xəbər verir ki Bu barədə TASS-a alyansın Brüsseldəki qərargahındakı mənbə məlumat verib.

 “NATO ölkələrinin hərbi qüvvələrinin çıxarılması başlanıb, proses nizamlı və koordinasiyalı şəkildə həyata keçirilir”, - agentliyin həmsöhbəti deyib.

 Qeyd edək ki, hazırda NATO-nun Əfqanıstandakı kontingentinə 10 mindən çox insan daxildir, alyans onların çıxarılmasını sentyabr ayında başa çatdırmaq niyyətindədir.