Putin və Tokayev qurban bayramı münasibətilə müsəlmanları təbrik ediblər
Rusiya və Qazaxıstan prezidentləri səadətli qurban bayramı münasibətilə dünya müsəlmanlarını təbrik ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, Qurban bayramının tarixdə kökə malik olduğunu bildirən Vladimir Putin deyib ki, bu böyük bayram möminləri ətrafındakılara dəqiq və səmimi baxışa, dini pəhrizə, ədalətə, rəhmətə, İslamın köklərinə, dəyərlərə və bəşəriyyətin fundamental mənşəyinə çağırır.
Rusiya prezidenti sonra deyib ki, bütün ilahi dinlərin əsasını təşkil edən bu cür yüksək etik və insani amallar müttəfiq və qüdrətli bir qüvvə kimi cəmiyyətdə etnosların birliyinin güclənməsinə və bəşəriyyətin əsl ənənələrinin mədəni müxtəlifliyinin qorunmasına kömək edəcək.
Qazaxıstan prezidenti Qasım Jomart Tokayev də bir müraciətdə səadətli qurban bayramının gəlib çatması münasibətilə öz həmvətənlərini və dünya müsəlmanlarını təbrik edib.
Qazaxıstan prezidentinin təbrik müraciətində müsəlmanların cəhətlərindən olan insansevərlik, mehribanlıq, şəfqət və mərhəmətə təkid olunub.
Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev də öz təbrik müraciətində müxtəlif dinlər və milliyyətlərdən olan şəxslər arasında hörmət və vəhdətin gücləndirilməsini, həmçinin mənəvi və əxlaqi dəyərləri diqqət mərkəzinə alıb.
O, ölkədə koordinasiya və sülhün gücləndirilməsi, həmçinin yaxşılığın simvolu olan ehtiyaclılara yardım, mənəviyyatın gücləndirilməsi və yaxşı işlərin görülməsinə təkid edib.
Səadətli qurban bayramı Qazaxıstanda rəsmi tətil olan yeganə ilsami bayramdır.