İyul 22, 2021 12:40 Asia/Baku
  • Anatoli Antonov
    Anatoli Antonov

Rusiyanın Amerikadakı səfiri Vaşinqton və Berlinin Avropaya qaz boru kəməri barədə Moskvaya qarşı ittihamına reaksiyada ABŞ-ın Moskva əleyhinə hədələrini faydasız adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən,  Anatoli Antonov bu gün səhər saatlarında bu barədə bəyanat yayaraq belə qeyd edib: Şər fəaliyyətlər edən bir ölkə kimi Rusiyadan davakar bir simanın təsvir edilməsi üzrə səylər uzun müddətdir ki, rusofobiyanın qabarıq nişanəsi olub. Bizə qarşı təhdidlər əsassız və faydasızdır.

Anatoli Antonov bildirib ki, Rusiya heç bir vəchlə bu cür sözləri və ya qanunsuz birtərəfli sanksiyaların tətbiq edilməsini qəbul etməyəcək.

O, qeyd edib ki, yalnız BMT-nin Təhlükəsizlik Şurası belə bir işi görmək qüdrətinə malikdir. Almaniya-Amerika razılaşması Rusiyaya qarşı siyasi hücumlar barədə suallar ortaya qoyur.

ABŞ prezidenti Co Baydenin öz rus həmkarı Vladimir Putinlə görüşünə işarə edən bu rus diplomat məsələni belə izah edib: Ölkəmizə qarşı düşmənçilik ifadə tərzi iki prezidentin 16 yanvar tarixli Cenevrə danışıqlarının ruhu ilə təzad təşkil edir.

“Moskvanın nöqteyi-nəzərincə, enerji mənbələrindən siyasi təzyiq tətbiq etmək üzrə bir vasitə kimi istifadə istiqamətində olacaq hər hansı ittiham ədalətsiz bir rəqabətdir”-deyən Antonov bildirib ki, Rusiya heç vaxt öz himayələrini bir kəsə qəbul etdirməyib və enerji mənbələrindən bir kəsə təzyiq üçün istifadə etməyibdir.

Cümə axşamı günü səhər saatlarında Almaniya və Amerika hökumətləri “Şimal Axını-2” boru kəməri layihəsi barədə bir razılaşma təqdim etdilər. Həmin razılaşmada Berlin Rusiyanın enerjidən Ukraynaya və ya Avropanın şərqi və mərkəzindəki digər ölkələrə qarşı bir silah kimi istifadə üzrə hər bir səyinə cavab verəcəyi barədə üzərinə öhdəlik götürüb.

Avropa Parlamenti son zamanlar qəbul etdiyi bir qətnamədə “Şimal Axını-2” boru kəməri layihəsi və “Rosatom” şirkətinə qarşı yeni sanksiyaların tətbiq edilməsi və Rusiyanın “Svift” adlanan məlumatların ötürülməsi və ödəmələrin aparılması üzrə beynəlxalq banklararası sistemdən çıxarılmasını istədi.

Ondan sonra Almaniyanın qarşıdakı seçkilərində bu ölkənin kanslerliyinə namizəd olan Armin Laşet deyibdir ki, “Şimal Axını-2” boru kəməri layihəsinin icrası zamanı Ukraynanın maraqları qorunmalıdır.

 

Teqlər