Zaxarova: ABŞ-ın qeyri-səmimiliyinə cavab verəcəyik
-
Zaxarova
Rusiya xarici işlər nazirliyinin sözçüsü vurğulayıb ki, Moskva Amerikanın qeyri-səmimi hərəkətlərinə cavab verəcək.
SəhərAzəri-nin məlumatına əsasən, Mariya Zaxarova deyib ki, Moskva Birləşmiş Ştatlarla dialoqu dayandırmayacaq və Vaşinqtonun real hərəkətləri əsasında əlaqə quracaq.
«Birləşmiş Ştatların ölkəmizə qarşı qeyri-səmimi hərəkətlərinə cavab verəcəyik. Eyni zamanda ardıcıl surətdə konstruktiv addımları konstruktiv şəkildə cavablandıracağıq. Biz gerçəkliklər əsasında irəliləyəcəyik.»-deyə, Rusiya xarici işlər nazirliyinin sözçüsü vurğulayıb.
Zaxarova bildirib ki, Moskva Vaşinqton ilə əlaqəni qoruyacaq və dialoq qapılarını əsla bağlamayacaq.
Amerika və Avropa ölkələri 2014-cü ildən bəri anti-rus maliyyə və iqtisadi sanksiyalar tətbiq ediblər ki, bu da Moskvanın reaksiyasına səbəb olubdur.