Avq 25, 2021 12:38 Asia/Baku
  •  ABŞ kəşfiyyat rəsmisinin Molla Əbdül Qəni Bəradərlə görüşdüyü iddia olunub

"Washington Post" qəzeti bildirib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns avqustun 23-də Kabilə gizli səfər edərək, Taliban rəhbərliyinin siyasi müavini və bu qrupun ən yüksək vəzifəli şəxsi olan Molla Əbdül Qəni Bəradərlə Əfqanıstanın paytaxtında görüşüb.

SəhərAzəri-nin məlumatına əsasən, bu amerikalı jurnal bunun "Taliban"la Bayden administrasiyası arasında Kabili nəzarətə götürdükdən sonra ilk yüksək səviyyəli üzbəüz görüş olduğunu vurğulayıb.  

Gizli görüş barədə məlumat elə bir halda dərc edilib ki, Qərb ölkələri vətəndaşlarının və bəzi Əfqan qaçqınlarının Kabil hava limanından çıxarılması üçün diplomatik və hərbi səylər davam edir. 

"Washington Post"un məlumatında, MKİ sədrinin Bəradərlə görüşü zamanı xarici qüvvələrin Əfqanıstandan çıxarılması üçün son tarix olan 31 avqustun müzakirə olunduğu ehtimal olunur. 

Teqlər