Helsinkidə əfqan xalqına dəstək yürüşü
Avq 29, 2021 21:25 Asia/Baku
-
Helsinkidə əfqan xalqına dəstək yürüşü
Finlandiya vətəndaşları bu ölkənin paytaxtı Helsinkidə Əfqanıstan xalqına dəstək aksiyası keçiriblər.
SəhərAzəri-nin verdiyi məlumata görə, Əlllərində plakatlar tutan və ingilis dilində şüarlar verən aksiyaçılar Əfqanıstanda qan axıdılmasının qarşısının alınması, sülh və asayişin bərqərar olunmasını istəyiblər.
Əfqanlar Finlandiyada bu ölkədəki iri mühacir icmalarından birini təşkil edirlər.
Cümə axşamı günü Kabildə «Hamed Kərzay» adına beynəlxalq hava limanının yaxınlığında baş verən terror partlayışı, on üçü amerikalı olmaqla 170 nəfərin ölümü ilə nəticələndi.
İŞİD terror qrupu bu terror hücumunun məsuliyyətini üzərinə götürüb.