Sen 07, 2021 12:51 Asia/Baku
  • ABŞ öz tarixinin ən zəif nöqtəsinə çatıb

Amerika nəşri Birləşmiş Ştatları Roma imperiyası ilə müqayisə etdi.

SəhərAzəri-nin verdiyi məlumata görə, “New York Times” özünün son məqaləsində yazır: “ABŞ-ı və onun təsir zonasını Roma imperiyası ilə müqayisə etsək, Əfqanıstandakı uğursuzluğu Romanın imperiyadan kənardakı, məsələn, Mesopotamiyadakı uğursuzluğu ilə müqayisə etmək olar”.

Məqalə müəllifi qeyd edir ki, Kabildə açılan mənzərə imperiyanın mütləq dağılmasını göstərmir. Bu daha çox Roma imperiyasının kənarında baş verən uğursuzluqları xatırladır. Amerika siyasətində bu cür uğursuzluqlar daha kiçik miqyasda da olsa, daha böyük nəticələrlə baş verib.

 Müəllifin fikrincə, İraqdakı kabus və Əfqanıstandakı məğlubiyyət Amerika imperiyasını xeyli zəiflətdi və amerikalıların dünyaya hakim olma xəyalını məhv etdi.

 

Teqlər