Le Monde qəzeti Vaşinqtonun sədaqətsizliyindən yazdı
Diplomatik skandal: ABŞ bütün Avropanı pərt vəziyyətə saldı
Parisdə nəşr olunan Le Monde qezeti ABŞ-ın sədaqətsizliyindən bəhs edərək Avropanı bundan nəticə çıxarmağa çağırdı.
SəhərAzəri-nin məlumatına əsasən, nəşr bildirir ki, ABŞ, Böyük Britaniya və Avstraliya arasındakı yeni müqavilə nəinki Fransaya zərər verdi, həm də bütün Avropanın beynəlxalq aləmdəki mövqeyini sarsıtdı. Ona görə də Avropa İttifaqının mövcud vəziyyətdən üç dərs çıxarması vacibdir.
Redaksiya məqaləsində qeyd olunur ki, Vaşinqton hər zaman “hər şeydən öncə Amerika” prinsipinə sadiqdir. ABŞ, İngiltərə və Avstraliya arasında Çinin Sakit okean regionunda artan nüfuzunun qarşısını almağa kömək edəcək nüvə sualtı qayıqlarının inşasına dair razılaşmaya gizli şəkildə hazırlaşıblar. Bu, Fransa üçün “kürəyə vurulan zərbə” oldu.
Fransa qəzeti yazır ki, Avropa bundan ibrət götürməlidir. Bu vəziyyətdə nəinki Fransa əziyyət çəkdi, hətta Avropanın mövqeyi və dünya səhnəsindəki rolu da sarsıldı. Çin və ABŞ arasındakı toqquşmanın kölgəsində dünya yenidən qurulur və Avropa İttifaqı bu prosesdə ya muxtar qüvvə, ya da ayrı-ayrı ölkələr kimi çıxış edə, dünya siyasətində ən azından müəyyən təsirlərə ümidini qurban verə və maraqlarını qoruya bilər.