Sen 19, 2021 14:52 Asia/Baku
  • Avstraliyalıla müxalifətləri
    Avstraliyalıla müxalifətləri

Avstraliya vətəndaşları bir aksiyada İngiltərə və Amerika ilə silah müqaviləsinə qarşı öz hiddət və müxalifətlərini elan ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Bu etirazlar nüvə proqramına qarşı qruplar, həmçinin Avstraliya vətəndaşları tərəfindən keçirilb. Etirazçılar son silah müqaviləsinin ləğv edilməsini tələb ediblər.

Avstraliyada etirazlar ABŞ, İngiltərə və Avstraliyanın dövlət başçılarının çərşənbə günü axşamçağı üçtərəfli həmkarlıq müqaviləsini imzalamaqla Avstraliya üçün nüvə yanacağı ilə sualtı qayığın düzəldilməsi proqramının başlanmasından xəbər vermələrindən sonra başlanıb.

Bununla bağlı, Avstraliya nazirlər kabinetinin bir qrup üzvü, o sıradan bu ölkənin baş naziri Skott Morrison cümə axşamı günü birgə bəyanatda bildirdilər ki, nüvə yanacağı ilə sualtı qayıq texnologiyasının izlənilməsi o deməkdir ki, Avstraliya daha «Fransa dəniz qüvvələri qrupu» şirkəti ilə hücum tipli adi sualtı qayığın düzəldilməsi proqramını davam etdirməyəcək.

Avstraliya hökuməti bu bəyanatın digər bir hissəsində ümidvarlıq edibdir ki, Fransa ilə səmimi və pozitiv əməkdaşlıq davam edəcək.

Bunun qarşılığında Fransa xarici işlər nazirliyi qeyd olunan müqavilənin Avstraliya hökuməti tərəfindən ləğv edilməsini ikitərəfli əməkdaşlıq ruhu ilə uyuşmayan təəssüfləndirici hərəkət adlandırıb.

Fransanın xarici işlər naziri Jan İv Le-Drian da Kanberranın bu hərəkətinə etiraz olaraq, belə deyib: Bu, arxadan vurulan zərbəyə bənzəyir. Biz sədaqət əsasında Avstraliya ilə əlaqə qurduq, halbuki bu etimad pozuldu.

O həmçinin deyibdir ki, Avstraliya və Amerikadan bu barədə izahat tələb edəcəkdir.

 

Teqlər