Sen 20, 2021 13:00 Asia/Baku
  • Boris Conson Fransa ilə münasibətləri yaxşılaşdırmağa çalışır

Son Kanberra-London razılaşması və Fransanın bu hərəkətdən hiddətlənməsindən sonra İngiltərə baş naziri Parislə münasibətləri yaxşılaşdırmağa çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Boris Conson, Fransanı qəzəbləndirən Avstraliya, İngiltərə və ABŞ arasında nüvə sualtı gəmilərinə dair birgə razılaşmadan sonra, Fransa ilə əlaqələri sürətləndirilməyə çağırıb. 

Conson Nyu Yorka səfəri zamanı jurnalistlərə açıqlamasında deyib: "Fransa ilə əlaqələrimizdən çox qürur duyuruq".

Eyni zamand, İngiltərə və Fransa Mali və Baltikyanı ölkələrdə birgə hərbi əməliyyatlar keçirir, həmçinin birgə şəkildə simulyasiya edilmiş nüvə sınağı proqramı üzərində işləyirlər.

Teqlər